...

Dövlət qurumlarının informasiya resurslarının müdafiəsi gücləndirilib

Telekommunikasiya Materials 22 Fevral 2016 17:08 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət strukturlarının informasiya resurslarının müdafiəsi və fasiləsiz işi üçün tədbirlər görüb. Bunu Trend-ə Mərkəzdən deyiblər.

CERT-in fevralın 22-də günün birinci yarısında apardığı profilaktik işlər nəticəsində gov.az domen zonasında qeydiyyatdan keçmiş dövlət qurumlarının saytlarına giriş müvəqqəti olaraq mümkün olmayıb.

Mərkəzin profilaktik işləri dövlət qurumlarının saytlarının təhlükəsizliyinin artırılmasına yönəldilmişdi və hazırda onlar normal rejimdə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti