...

Ailə TV-dən yeni HD resiver

Telekommunikasiya Materials 25 Yanvar 2019 11:38 (UTC +04:00)
Ailə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir.
Ailə TV-dən yeni HD resiver

Bakı. Trend:

Ailə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir.

Bu barədə Trend-ə “Caspian Telecom” Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlki modellərdən fərqli olaraq, DVB-C standartlı yeni Ailə TV HD resiveri 1080P Full Hd keyfiyyətində yayımı dəstəkləyir. Bundan əlavə yeni HD TV Resiver Dolby Digital kodekini dəstəkləməklə izləyicilərə daha üstün keyfiyyətdə səs effektlərini hiss etməyə imkan verir və daha az elektrik enerjisi sərf edərək daha qənaətli hesab olunur.

Ailə TV-nin yeni HD TV resiverinin əsas üstünlüklərindən biri də onun əlverişli qiymətə olmasıdır. Belə ki, yenilənmiş və daha funksional HD resiver abunəçilərə güzəştli şərtlərlə pulsuz verilir, sadəcə aylıq abunə müddətinin 6 ay müddətinə öncədən artırılması tələb olunur. Bununla da Ailə TV, rəqəmsal yayıma keçid ilə bağlı dövlət proqramına da dəstək göstərir.

"Caspian Telecom" MMC şirkətinin brendi olaraq, Ailə TV kabel televiziyası gələcəkdədə öz abunəçilərinin məmnunluğu üçün müxtəlif aksiyaların təşkilini və yeni innovativ texnologiyaların tətbiqini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti