...

Bakıda “Cybernet” şirkətinin iştirakı ilə “Oracle Cloud Day” konfransı keçiriləcək

Telekommunikasiya Materials 6 Fevral 2019 10:15 (UTC +04:00)
Azərbaycanın qabaqcıl İT həllər təminatçısı olan “Cybernet” şirkəti 8 fevral 2019-cu il tarixində Bakı şəhərində baş tutacaq Oracle Cloud Day konfransının tərəfdaşlarından biri qismində çıxış edəcək.
Bakıda “Cybernet” şirkətinin iştirakı ilə “Oracle Cloud Day” konfransı keçiriləcək

Bakı. Trend:

Azərbaycanın qabaqcıl İT həllər təminatçısı olan “Cybernet” şirkəti 8 fevral 2019-cu il tarixində Bakı şəhərində baş tutacaq Oracle Cloud Day konfransının tərəfdaşlarından biri qismində çıxış edəcək. “Oracle” korporasiyasının MDB ölkələri üzrə fəaliyyət göstərən regional ofisi tərəfindən keçiriləcək tədbirin təşkilinə “Cybernet” şirkəti bürünc sponsorlardan biri olaraq öz töhfəsini verəcək.

Azərbaycanda Oracle Cloud Day – bulud əsaslı İKT texnologiyaları, süni intellekt, analitika və informasiya təhlükəsizliyi sahəsində ən son yenilikləri müzakirəyə çıxaran interaktiv platformadır. Konfrans bulud texnologiyalarına keçidə hələ hazır olmayan, lakin bu barədə maraqlanan bütün tərəflər üçün faydalı maariflənmə və fikir mübadiləsi imkanları təqdim edir. Tədbir ərzində “Oracle” korporasiyasının ekspertləri avtonom verilənlər bazaları, blokçeyn, çatbot, bulud əsaslı xidmətlər və digər sahələr üzrə yeniliklər barədə məlumat verəcək. Konfransın gündəliyinə daxil edilmiş çıxışlar informasiya sistemlərinin arxitekturası və təşkili, özəl bulud və verilənlər bazalarının konsolidasiyası, Oracle təhlükəsizlik həlləri, böyük verilənlər texnologiyaları əsasında hibrid saxlancların qurulması, Oracle biznes analitikasının başlıca üstünlükləri və s. mövzuları əhatə edəcək. Tədbir zamanı xüsusi demo-stenddə bulud həllərin iş prinsipi ilə tanış olmaq imkanı da yaradılacaq.

Konfransda iştirak etmək istəyənlər Azərbaycanda Oracle Cloud Day konfransının rəsmi veb-saytı vasitəsilə qeydiyyatdan keçməlidir. Təşkilatçı tərəfindən iştirakla bağlı təsdiq cavabı alanlar konfransda ödənişsiz iştirak hüququ qazanacaq.

Qeyd etmək lazımdır ki, “Oracle” tərəfindən “Gold Partner” (Qızıl Tərəfdaş) rəsmi statusuna layiq görülmüş “Cybernet” şirkəti “Oracle” korporasiyası ilə uzun müddətdir ki informasiya texnologiyaları sahəsində faydalı əməkdaşlıq edir.

“Cybernet” MMC haqqında:

2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl həll təminatçılarından biridir. Şirkət dövlət qurumları və özəl müəssisələr üçün IT infrastrukturların yaradılması, texnoloji həll və yeniliklərin tətbiqi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılması və tətbiqi istiqamətlərində fəaliyyət göstərir. Cybernet şirkəti Azərbaycanda dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılmasında böyük rol oynamışdır. Şirkət 2007-ci ildə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunmuş, 2013-cü ildə “İlin İT şirkəti” seçilmişdir. #cybernet

Məqalədə:
Xəbər lenti

Xəbər lenti