...

Bakcell “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib

Telekommunikasiya Materials 2 May 2019 12:45 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin müraciətlərinin “Facebook” üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatı alıb.
Bakcell “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin müraciətlərinin “Facebook” üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatı alıb.

Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən “Socialbakers” şirkəti 2019-cu ilin I rübündə daxil olan sorğuların "Bakcell" tərəfindən 100%-ni cavablandırdığını qeyd edib.

"Bakcell" şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olub.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti