...

“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir

Telekommunikasiya Materials 11 Oktyabr 2019 15:06 (UTC +04:00)
Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir.
“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir. 19 istiqaməti əhatə edəcək endirim kampaniyası çərçivəsində əldə olunan biletlərin istifadə müddəti 5 oktyabr-27 dekabr tarixlərini əhatə edir.

Kampaniya çərçivəsində səyahətsevərlər istər Yaxın (Təl-Əviv), istər Uzaq Şərq (Tokio), istərsə də ekzotiv Cənubi Amerikanı (Buenos-Ayres) endirimli qiymətlərlə kəşf etmə imkanı qazanırlar. Endirim kampaniyasında Təl-Əviv istiqamətində biletin qiyməti 299 Avro, Tokio istiqamətində 819 Avro, Buenos-Ayres istiqamətində isə 899 Avro təşkil edir. Kampaniyada yer almış şəhərlərin siyahısında həmçinin Nyu-York (559 Avro), Kuala Lumpur (659 Avro), London (548 Avro) və Parisin də adı yer alıb (399 Avro).

Qeyd edək ki, təklif olunan qiymətlər Avro ilə göstərilib, gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də göstərilən qiymətlərə daxildir.

İSTİQAMƏT

QİYMƏT

Təl-Əviv

299 Avro

Nyu-York

559 Avro

Toronto

719 Avro

Monreal

729 Avro

Tokio

819 Avro

Phuket

599 Avro

Kuala-Lumpur

659 Avro

Banqkok

579 Avro

Berlin

439 Avro

London

548 Avro

Buenos-Ayres

899 Avro

Vilnüs

339 Avro

Hyuston

759 Avro

Boqota

917 Avro

Budapeşt

439 Avro

Venesiya

519 Avro

Neapol

569 Avro

Paris

399 Avro

Cenevrə

438 Avro

Məqalədə:
Xəbər lenti

Xəbər lenti