...

Azərbaycanda ani ödəmə sistemləri işə salınacaq

Telekommunikasiya Materials 12 Fevral 2020 12:24 (UTC +04:00)
Azərbaycanda bu il ani ödəmə sistemləri, blokçeyn və QR kod üzrə ödəmələr daxil olmaqla bir neçə yeni texnologiya işə salınacaq
Azərbaycanda ani ödəmə sistemləri işə salınacaq

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda bu il ani ödəmə sistemləri, blokçeyn və QR kod üzrə ödəmələr daxil olmaqla bir neçə yeni texnologiya işə salınacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentinin direktor Fərid Osmanov Bakıda "Visa" beynəlxalq kart təşkilatının, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən “Visa Cashless: Driving the future” forumunda deyib.

Onun sözlərinə görə, artıq yaxın zamanlarda server ödənişləri işə salınacaq ki, bu da ödəmələrin 24/7 rejimində ani işlənməsini və reallaşmasını təmin edəcək və bütün bu prosesə 5-10 saniyə vaxt gedəcək.

F.Osmanova onu da qeyd edib ki, hazırda departament blokçeyn texnologiyasının yaxın aylarda tətbiq olunması üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti