...

"Instagram"ın işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 11 İyun 2020 06:03 (UTC +04:00)
"Instagram"ın işində qüsurlar yaranıb

Bakı. Trend:

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya və Avropanın bir sıra ölkələrindən istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər edib.

Qeyd olunur ki, istifadəçilərin 53 faizi xəbər lentinin açılmasında, 31 faizi səhifələrinə daxil olmaqda, 15 faizi isə "storiz" funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.

Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti