Bakı. Trend:
"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Meksika, İsrail həmçinin, Böyük Britaniya, Fransa və Sinqapurdan olan istifadəçilər şikayət edirlər.
Qeyd olunur ki, istifadəçilərin təxminən 37 faizi xəbər lentinin açılmasında, 59 faizi isə "Stories" paylaşımlarında problemlərlə üzləşiblər.