...

"İnstagram"ın işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 22 Oktyabr 2020 05:17 (UTC +04:00)
"İnstagram"ın işində qüsurlar yaranıb

Bakı. Trend:

"İnstagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Problem əsasən ABŞ, Rusiya, Meksika, Braziliya, Çili, Arqentina, İngiltərə, Fransa, Ukrayna, İtaliya, Xorvatiya, Hollandiya, Almaniya və digər ölkələrdəki istifadəçilər tərəfindən bildirilib.

İstifadəçilərin 60%-i hekayələrə baxa bilmədiklərini qeyd ediblər.

21% istifadəçi İnstaqram lentinin yenilənmədiyini bildirib. 17%-i isə şəbəkəyə fotoları yerləşdirməkdə çətinlik çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti