...

Ən məhsuldar smartfonun adı məlum olub

Telekommunikasiya Materials 3 Dekabr 2021 23:04 (UTC +04:00)
Ən məhsuldar smartfonun adı məlum olub

Bakı. Trend:

Çinin "Xiaomi" şirkəti tərəfindən istehsal olunan Black Shark 4S Pro smartfonu ikinci ayda performans reytinqində birinci yeri tutur. Həmin reytinq mobil cihazlarının sürətini yoxlamaq üçün "AnTuTu" proqramının tərtibatçıları tərəfindən hazırlanıb.

Trend-in məlumatına görə, bu barədə proqramın saytında bildirilib.

Ən güclü Android smartfonu Snapdragon 888+ prosessoru, 16 GB operativ və 512 GB daxili yaddaşla təchiz edilib.

Cihaz 875 mindən çox xal toplayıb, ikinci sırada yerləşən ZTE Nubia Red Magic 6S Pro 853 minə yaxın xal toplayıb toplayıb, üçüncü yerdə Vivo iQOO 8 Pro-nu smartfonu qərarlaşıb. Smartfon təhminən 847 min xal toplayıb.

Tərtibatçılar qeyd ediblər ki, ilk onluğa daxil olan smartfonlar ABŞ-ın "Qualcomm" şirkətinin prosessorları ilə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti