...

"Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,7 milyard dolları ötüb

Telekommunikasiya Materials 31 Yanvar 2022 14:44 (UTC +04:00)
"Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,7 milyard dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilyanvar-noyabr aylarında Azexport.az portalına 496,1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin dekabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 60,8 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin dekabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, xurma, quş əti, noxud, un, pomidor, kartov, şirniyyat məmulatları və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 noyabr tarixinə kimi (60 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,7 milyard ABŞ dolları təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti