...

Azərbaycan 13 milyon dollardan çox peyk xidmətləri ixrac edib

Telekommunikasiya Materials 1 Avqust 2022 12:45 (UTC +04:00)
Azərbaycan 13 milyon dollardan çox peyk xidmətləri ixrac edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən 13,1 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Trend-in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayına istinadən məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2022-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 32 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon dollar ilə Böyük Britaniya, 2,8 milyon dollar ilə Fransa, 2,2 milyon dollar ilə Lüksemburq, 1,2 milyon dollar ilə BƏƏ və 0,7 milyon dollar ilə Pakistan qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti