...

Bakıda İllik İnnovasiya Sammiti baş tutub (FOTO)

Telekommunikasiya Materials 13 Dekabr 2022 16:37 (UTC +04:00)
Bakıda İllik İnnovasiya Sammiti baş tutub (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

13 dekabr 2022-ci il tarixində “PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dəstəyi ilə İllik İnnovasiya Sammiti baş tutub.

Trend xəbər verir ki, ekosistemin aktiv oyunçularını, eləcə də texnologiya sahəsində fəaliyyət göstərən qlobal və prestijli şirkətləri, ekspertləri bir araya toplayan sammit ölkədə innovasiya ekosistemin qurulmasına dəstək göstərmək məqsədilə keçirilib.

Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin və startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, eləcə də “workshop”lar baş tutub.

Sammitin açılış nitqində çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yerli innovasiya ekosisteminin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Sammitdə eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva innovasiyaları dəstəkləyən və idarə edən ekosistemin qurulması üsulları mövzusunda baş tutan panel sessiyasında çıxış edib.

Sammitdə liderlik, idarəetmə üzrə ekspert Robin Şarma, qlobal fintex lideri Kris Skinner, qlobal innovasiya lideri Kian Qohar kimi məşhur məruzəçilər iştirak edib. Onlar çıxışlarında innovasiya ekosistemində rəqabətlilik, dəyişən qlobal mənzərədə şirkətlərin texnoloji və innovativ mühitə inteqrasiyası, telekommunikasiya, maliyyə sahələrində rəqəmsala sürətli keçid mövzularında keçirilən panel müzakirələrində, çıxışlarda öz fikirlərini bölüşüblər.

Sammit “PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “Kapital Bank”, “Bakcell”, “PAŞA Bank”, “Visa”, “Socar”, Azərbaycan Supermarketlər şəbəkəsi, “PAŞA Technology”, “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PaşaPay” şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti