...

2023-cü ilin əvvəlindən AzStateNet şəbəkəsində bloklanmış kiberhücumların sayı açıqlanıb

Telekommunikasiya Materials 28 Mart 2023 14:53 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında AzStateNet şəbəkəsində bloklanmış kompüter təhlükələrinin sayı 49 064 təşkil edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

"URL ünvanlar əsasında bloklanmış təhlükələrin sayı 20 318, mərkəzləşdirilmiş antivirus sistemi (MAS) ilə bloklanmış təhlükələr 5 901, "qumqabı" adlandırılan mexanizm (kompüter proqramlarından təhlükəsiz istifadə üçün xüsusi izolyasiya edilmiş mühit) vasitəsilə blok edilmiş təhlükələrin sayı isə 28 746 təşkil edib",- CERT-dən deyiblər.

Xatırladaq ki, URL ünvanlar əsasında bloklanmış təhlükələrin sayı 2022-ci ildə 2,5 dəfə, mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanmış təhlükələr 18,67 faiz, "qumqabı" vasitəsilə blok edilmiş təhlükələrin sayı isə beş dəfədən çox artıb.

2022-ci ilin yekunlarına görə, AzStateNet şəbəkəsində URL ünvanlar əsasında bloklanmış təhlükələrin sayı 96 085, MAS vasitəsilə bloklanmış təhlükələr 37 287, "qumqabı" vasitəsilə blok edilmiş kompüter təhlükələrinin sayı isə 222 860 olub.

AzStateNet (Azerbaijan State Network) şəbəkəsi dövlət orqanı statusuna malik olan, təşkilatlara məxsus ərazi cəhətdən bölüşdürülmüş şəbəkə və giriş serverləri toplusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti