...

Naxçıvanda daha bir neçə qurum “AzStateNet” şəbəkəsi ilə təmin olunub

Telekommunikasiya Materials 13 İyun 2023 12:44 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin elektron informasiya resursları “AzStateNet” şəbəkəsi ilə təmin olunmuşdur.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti