Maltanın Fim Bank -nın işi üzrə növbəti məhkəmə oktyabr ayında keçiriləcək. Trend in məlumatına görə, bu barədə sentyabrın 16-da Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Onun sözlərinə görə, artıq məhkəmə altıncı dəfədir ki, bu istiqamətdə müvafiq materialların hazırlanması barədə qərar çıxarır.
Maltanın FIM Bank-ı guya bank tərəfindən Rabitə nazirliyinin zəmanəti ilə Rabitə Nazirliyinin müəssisəsi olan Poçtbank Səhmdar Kommersiya Bankına verilən kreditin ödənilməməsində günahlandıraraq Azərbaycan hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.
"Ölkənin baş prokurorluğu aparılan təhqiqatlarla bağlı yekun sənədləri Rotterdama təqdim edib və onlar etiraf ediblər ki, Azərbaycan hökumətinin bu işlə heç bir əlaqəsi yoxdur" - deyə nazir sonda bildirib.