...

Rusiya və Azərbaycan rabitə sahəsində bir neçə saziş imzalayacaq

Telekommunikasiya Materials 21 Fevral 2006 19:37 (UTC +04:00)

Rusiya və Azərbaycan rabitə sahəsində bir neçə saziş imzalayacaq. Bu tədbirlər Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının qərarına əsasən həyata keçiriləcək. Trend bildirir ki, komissiyanın qərarı ilə AR və RF rabitə və informasiya texnologiyaları nazirliklərinə 2006-cı ildə saziş layihələrinin birgə hazırlanması tapşırılıb.

Hər iki ölkənin rabitə nazirlikləri arasında informasiya texnologiyaları, poçt və elektron rabitəsi sahəsində əməkdaşlığa dair sazişlər, eləcə də Azərbaycan və Rusiya Federasiyası hökumətləri arasında poçt pul köçürmələri sahəsində saziş imzalanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti