...

Gələn ildən Azərbaycanda Texnoparkın yaradılmasına başlanılacaq

Telekommunikasiya Materials 1 İyul 2006 12:52 (UTC +04:00)

Gələn ildən Azərbaycanda Texnoparkın yaradılmasına başlanılacaq. Bu barədə Trend ə Azərbaycan-İsveç Elm və Araşdırmalar Mərkəzinin rəhbəri Bəhram Atabəyli məlumat verib.

O bildirib ki, Texnopark layihəsi çərçivəsində Azərbaycanda sənaye, texnologiya, təhsil sahələri kompleksinin yaradılması nəzərdə tutulub. Layihəyə Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması da daxildir. B.Atabəylinin sözlərinə görə, Texnoparka İsveçin "Ericson", "ABD", "Volvo" kimi iri şirkətlərinin cəlb olunması nəzərdə tutulub.

"Kompleksdə müxtəlif şirkətlər iş quracaq, həmçinin, Texnoparkın İnformasiya Texnologiyaları Universitetində təhsil alan tələbələr də çalışacaq. İsveçin məşhur şirkətləri ilə bərabər Azərbaycandan da müxtəlif firmalar cəlb ediləcək. Bunun üçün tender elan olunacaq. Texnoparka böyük investisiyalar qoyan şirkətlər 10 il vergidən azad edilməlidir. Müqavilələr də ən azı 15-20 illik olmalıdır. Texnoparkın yaradılması istiqamətində proqramlara 2007-ci ildən başlanmalıdır", -deyə B.Atabəyli bildirib.

Xəbər lenti

Xəbər lenti