...

Avqust ayında Azərcell Azərbaycanda daha 63 stansiya quraşdırıb

Telekommunikasiya Materials 5 Sentyabr 2006 11:32 (UTC +04:00)

Azərcell Telecom ölkədə əhatə dairəsini daha da genişləndirmək və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi üçün stansiyalarını quraşdırmaqda davam edir. Trend şirkətin mətbut xidmətinə istinadən xəbər verir ki, avqust ayında operator paytaxtda və respublikanın bölgələrində ümumilikdə daha 63 yeni stansiya quraşdırıb: Bakıda - 30, Oğuzda -2, Lənkəranda -3, Lerikdə -3, Tərtərdə -3, Masallıda- 3, Yevlaxda-2, Bərdədə-2, digər 15 stansiya isə Sumqayıt şəhərinin və Şamaxı, Şəki, Hacıqabul, Kürdəmir, Abşeron, Neftçala, Ağsu, Cəlilabad, Sabirabad, Beyləqan, Şəmkir və Xanlar rayonlarının ərazisindədir.

2006-cı ilin yalnız 7 ayı ərzində şirkət ümumilikdə respublikada 208 yeni stansiya quraşdırıb. Operator ilin sonunadək 289 stansiyanın quraşdırılmasını planlaşdırır. Antenaların sayının artması bölgələrdə yaşayan Azərcell Telecom BM-in abunəçilərinə həm ölkə daxilində, həm də dünyanın istənilən nöqtəsində daimi və dayanıqlı əlaqə yaratmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti