...

Azərpoçt ING Group konsaltinq şirkəti ilə saziş imzalayacaq

Telekommunikasiya Materials 30 Dekabr 2006 12:49 (UTC +04:00)

2007-ci il yanvar ayının ikinci yarısında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəssisələrinin tərkibinə daxil olan Azərpoçt dövlət müəssisəsi Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində ING Group konsaltinq şirkəti ilə saziş imzalayacaq. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Layihə reallaşdırıldıqdan sonra Azərpoçt müvafiq status alacaq və maliyyə, bank xidmətlərini həyata keçirmək üçün milli ödəniş sisteminə daxil ediləcək.

Müəssisədə hesab edirlər ki, paytaxtda bu xidmətləri artıq 2007-ci ildə, sonra isə ölkə bölgələrində göstərmək olacaq.

Layihə 2005-2008-ci illərdə Azərbaycanda rabitə və telekommunikasiya sahəsinin inkişafı üzrə dövlət proqramı çərçivəsində reallaşdırılır. 3 illik layihənin ümumi dəyəri 17,5 mln. ABŞ dolları təşkil edir, bunlardan 12,25 mln. ABŞ dolları DB-nin payına düşür, qalan hissə isə Azərbaycan höküməti tərəfindən maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti