...

ABŞ-da IT üzrə Azərbaycan-Amerika biznes-forumu keçiriləcək

Telekommunikasiya Materials 15 Fevral 2007 16:45 (UTC +04:00)

ABŞ-da IT üzrə Azərbaycan-Amerika biznes-forumu keçiriləcək. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Xəzər İnteqrasiya İşgüzar Klubun (CIBC) rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü zamanı "Sinam" şirkəti prezidenti Elçin Əliyev bildirib.

Tədbirin fevralın sonu-martın əvvəlində Los-Ancelsdə keçirilməsi planlaşdırılır. Bu tədbirdə özəl IT şirkətləri, qeyri-hökumət təşkilatları, dövlət rabitə müəssisələri nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, 2006-cı ilin yayında Rabitə Nazirliyi nümayəndə heyətinin ABŞ-a səfəri zamanı Vaşinqtonda İKT üzrə biznes-forum keçirilib, bu forum Azərbaycan-Amerika ticarət palatası və Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil olunub.

Nümayəndə heyətinin tərkibinə Rabitə Nazirliyinin, "Sinam", "Ultra", "AZEL" şirkətləri, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, eləcə də "HP", "Cisco" və "Microsoft" nümayəndələri daxildir.

Xəbər lenti

Xəbər lenti