...

Beynəlxalq İnternet istifadəçilərinin auditoriyası 10% artıb

Telekommunikasiya Materials 9 Mart 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ comScore Networks tədqiqat şirkətinin apardığı araşdırmalara müvafiq olaraq 2006-cı ildə İnternet istifadəçilərinin sayı 10% artaraq 747 mln. nəfər təşkil edib. Yüksək artım göstəricilərinə malik olan 15 ölkəyə Hindistan başçılıq edir. Ötən il ərzində bu ölkədə İnternet istifadəçilərinin sayı 33% artıb. Növbəti yerlərdə isə 21 faizlə Rusiya və 20 faizlə Çin dayanıb.

"Dünyada Internet auditoriyasının həcmi artmaqda davam edir. Bütün dünya üzrə qlobal şəbəkə istifadəçilərinin 80 faizi ABŞ-ın payına düşür və bu rəqəm daha da artacaq",-deyə comScore şirkətinin Avropa üzrə icraçı direktoru Bob İvins bildirib.

Şirkətin tədqiqatlarına müvafiq olaraq ən çox istifadəçi sayı - 153,4 mln. nəfər ABŞ-da, 86,8 mln. nəfər Çində, 54 mln. nəfər isə Yaponiyadadır.

0

Top 15 - Ən çox internet istifadəçilərinə malik olan ölkələr
Yanvar 2006 Yanvar2007 Artım
Dünyada 676,878 746,934 10%
ABŞ 150,897 153,447 2%
Çin 72,408 86,757 20%
Yaponiaya 51,450 53,670 4%
Almaniya 31,209 32,192 3%
Böyük Britaniya 29,773 30,072 1%
Cənubi Koreya 24,297 26,350 8%
Fransa 23,712 24,560 4%
Hindistan 15,867 21,107 33%
Kanada 18,332 20,392 11%
İtaliya 15,987 18,106 13%
Braziliyal 12,845 14,964 16%
İspaniya 12,206 12,710 4%
Rusiya 10,471 12,707 21%
Niderland 10,772 11,077 3%
Meksika 8,624 10,149 18%

Baxmayaraq ki, Azərbaycan comScore Networks şirkətinin reytinq siyahısında yer tuta bilməyib, Internet World Stats - ın məlumatına görə, Azərbaycan 2007-ci ilə 700 min internet istifadəçisi ilə başlayıb.

Xəbər lenti

Xəbər lenti