...

"Azerfon" diler və distribyutorlar üçün treninq keçirib

Telekommunikasiya Materials 21 Aprel 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. S.Babayeva/ Azərbaycanın mobil operatoru "Azerfon" öz dilerləri və distribyutorları üçün treninqlər keçirib. Şirkətdən verilən məlumata görə, onlar "Nar Mobile" tarif planlarının özəllikləri və "Azerfon"un xidmətləri ilə tanış olublar. Treninqdə 300-dək diler və distribyutor iştirak edib.

"Azerfon" Azərbaycanda genişləndirilmiş satış şəbəkəsinə malikdir. Satış məntəqələrinin sayı 300-ü keçir.

"Azerfon"a lisenziya Rabitə Nazirliyi tərəfindən 2005-ci ilin dekabrında verilib. Şirkət kommersiya fəaliyyətinə martda başlayıb. Onun təsisçiləri "Aztelekom" (10%), Almaniyanın "Siemens" (30%) və iki Britaniya şirkətidir (60%).

Xəbər lenti

Xəbər lenti