...

Rabitə Nazirliyinin rəhbəri: "Ericsson", "Siemens" və "Huawei" Azərbaycanda texnoparkların yaradılmasında iştirak edə bilər"

Telekommunikasiya Materials 26 Aprel 2007 13:16 (UTC +04:00)
Rabitə Nazirliyinin rəhbəri: "Ericsson", "Siemens" və "Huawei" Azərbaycanda texnoparkların yaradılmasında iştirak edə bilər"

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Böyük xarici IT şirkətləri Azərbaycanda Regional İnnovasiya Mərkəzinin (RİM) yaradılması layihəsində maraqlıdır. Bu barədə ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Bu layihədə maraqlı olan şirkətlər arasında "CISCO", "Intel", "Microsoft", "Ericsson", "Siemens" və "Huawei" şirkətləri var.

Nazirin sözlərinə görə, bu şirkətlər əsasən texnoparkların formalaşdırılması prosesi ilə maraqlanır.

RİM-nin yaradılması layihəsi kiçik və orta sahibkarlığın inkişafı üçün texnoparkların, elektron avadanlıq və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazanın yaradılmasını, ölkənin gəlirli tranzit məlumat mərkəzinə (Data Centre) çevrilməsini, formalaşan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafını, həmçinin İKT-nin digər sahələrə tətbiqini nəzədə tutur.

Nazirin sözlərinə görə, RİM-in yaradılması üzrə hazırlıq aparılır. Artıq 2012-2015-ci illərdə rabitə və informasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlər neft sahəsinin gəlirlərini üstələyəcək. Bu cür layihənin reallaşdırılması böyük islahat və ölkənin fiskal siyasətinin aparılmasını nəzərdə tutur.

"Biz RİM layihəsinə aidiyyatı olan şirkətlərə əhəmiyyətli vergi və gömrük rüsumları tətbiq etməyi təklif edirik" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti