...

May ayında Azərbaycanda rəqəmli teleyayıma keçidlə bağlı proqramın son variantı hökumətə təqdim olunacaq

Telekommunikasiya Materials 26 Aprel 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda rəqəmli teleyayıma keçidlə bağlı proqramın son variantı mayın əvvəlində hökumətə təqdim olunacaq. Bu barədə cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər.

Hazırlanmış proqram üç mərhələdən ibarətdir:

- birinci mərhələ - 2007-2010-cu illər,

- ikinci mərhələ - 2011-2013-cü illər,

- üçüncü mərhələ - 2014-2015-ci illər.

İlk növbədə Bakı, Gəncə və Naxçıvanda hər birisində 4 yayım kanalı olan 2 paket buraxılacaq. Respublika üzrə isə bir paket tətbiq olunacaq. Nəticədə əhalinin 60-70 faizi rəqəmli yayım zonasına daxil olacaq.

İkinci mərhələdə isə rəqəmli yayım daha da genişləndiriləcək ki, Bakı, Gəncə, Naxçıvanda növbəti bir paket də təqdim olunacaq və bununla da əhatə dairəsi 90 faizə qədər artacaq.

2013-cü ilə qədər 12 proqramlı 3 paketin təhvil verilməsi planlaşdırırlır.

Üçüncü mərhələdə isə yayımın keyfiyyətinin artırılması üçün əlavə ötürücülər quraşdırılacaq ki, bunun da nəticəsində əhalinin 98 faizi əhatə dairəsinə alınacaq.

Rəqəmli analoq teleyayıma keçid Azərbaycanın Beynəlxalq Telekommunikasiya Birliyi qarşısında götürdüyü öhdəliklərə daxildir.

İlk dəfə bu sistem Bakıda pilot layihə olaraq 10 oktyabr 2004-cü ildə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti