...

Nazir: Üçüncü mobil rabitə operatoru Azərbaycanda mobil rabitə tariflərinin azalmasına təsir edə bilər

Telekommunikasiya Materials 17 May 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Üçüncü mobil rabitə operatoru Azərfon Azərbaycanda mobil rabitə sahəsində tariflərin azalmasına təsir edə bilər. Bunu jurnalistlərə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, operatorun bazarda xidmət sahələrini və fəaliyyətini genişləndirməsi mobil rabitə tariflərinin azalmasını istisna etmir.

Hazırda kommersiya fəaliyyətinə mart ayının əvvəlindən başlamış mobil rabitə operatoru Azərfon BM-in NarMobile şəbəkəsinin istifadəçilərinin sayı cəmi bir neçə on min nəfər təşkil edir.

Azərfon BM üçün mobil rabitə xidmətlərinin göstərilməsi barədə lisenziya 2005-ci ilin dekabrında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiyasının qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom İB (10%), Almaniya Simens-i (30%) və iki Britaniya şirkətidir (60%). Azərbaycan bazarında həmçinin Azərcell BM və Bakcell mobil rabitə xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti