...

Azərbaycanın Rabitə Nazirliyi "üçüncü nəsil" rabitə tezliyinin effektiv yayılmasına hazırlaşır

Telekommunikasiya Materials 22 May 2007 20:53 (UTC +04:00)
Azərbaycanın Rabitə Nazirliyi "üçüncü nəsil" rabitə tezliyinin effektiv yayılmasına hazırlaşır

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və Informasiya Texnologiyaları Nazirliyi ilin sonuna qədər 3G tezlik rabitəsinin məqsədəuyğun formada yayılmasını müəyyənləşdirəcək. Bu barədə çərşənbə axşamı rabitə naziri Əli Abbasov bildirib.

3G standartı Beynəlxalq Telekommunikasiya Birliyi tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - "üçüncü nəsl" - internet xidmətlərindən istifadə üçün yüksəksürətli mobil xidmət, radiorabitə texnologiyası, məlumatların ötürülməsi üçün xətt yaradan xidmətlər toplusudur. Üçüncü nəsil şəbəkəsi təqribən 2 QQs diapazon tezliyində işləyir və 2Mbit/s sürətlə məlumat ötürür. B telefonlar arasında videoəlaqə yaratmağa, film və televiziya proqramları izləməyə imkan verir.

Nazirin sözlərinə görə, əvvəllər bu tezliyin yayılması qeyri-effektiv formada aparılıb. "Bu gün onların effektiv yayılması üzrə işlər aparılır",-deyə o bildirib. Güman ki, 3G vasitələrinin yayılması tender yolu ilə həyata keçiriləcək. Dünyada iki 3G standartı mövcuddur: UMTS (yaxud W-CDMA) və CDMA2000. UMTS əsasən Avropada, CDMA2000 Asiya və ABŞ-da yayılıb. Wireless Intelligence məlumatlarına görə, 2006-cı ildə dünyada 364 mln. 3G istifadəçisi olub. Onlardan 93,5 mln. nəfəri UMTS, 271,1 mln. nəfəri isə CDMA2000 şəbəkələrinə qoşulub.

Azərbaycanda 3G texnologiyasının tətbiqinə ilk olaraq Azərcell BM maraq göstərib. Azərcell daha öncə də məlumat vermişdi ki, 2005-ci ildə 3G xidmətlərinin göstərilməsinə lisenziya alınması üçün Rabitə Nazirliyinə müraciət edib. Bu ilin əvvəlində isə bu cür marağı nümayiş etdirən Azərfon BM də Nazirliklə müvafiq danışıqlar apardığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti