...

Azərfon yeni yay bonus kompaniyasını təqdim edib

Telekommunikasiya Materials 20 İyun 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Nar Mobile ticarət nişanı altında Azərbaycanda mobil rabitə xidməti təklif edən Azərfon BM bu gün 2007-ci ilin iyun-sentyabr aylarını əhatə edən yay bonus proqramı elan edib. Şirkətin kommersiya direktoru Miloş Surlanın verdiyi məlumata görə, proqrama əsasən Nar Mobile nömrələrindən stasionar nömrələrə, Azərbaycanın digər mobil operatorlarının nömrələrinə, həmçinin Nar Mobile şəbəkəsi daxilində olan nömrələrə zənglər iki dəfə ucuz başa gələcək.

Balansı doldurarkən abonentlər sayı yüklənən balansın həcmindən asılı olaraq əlavə pulsuz dəqiqələr əldə edəcəklər:

Qiymət skretç-kartlarla ödənilərkən Yay Bonus Ödəniş Proqramı əsasında alınan pulsuz dəqiqələr
1 2 manat 10 dəqiqə
2 5 manat 30 dəqiqə
3 10 manat 60 dəqiqə
4 20 manat 130 dəqiqə
5 50 manat 350 dəqiqə

Pulsuz dəqiqələrin müddəti yükləmə anından başlayaraq 30 gün təşkil edir. Proqram çərçivəsində pulsuz dəqiqələr əldə edən abonetlər bayram və bazar günləri və "sevimli nömrələrə" gecə edilən zənglər üçün endirimdən istifadə edə bilərlər.

Bundan başqa, 22 iyundan başlayaraq bonus kompaniyası paketləri seçərkən 50% olmaqla GPRS xidmətlərinin qiymətinin aşağı salınmasını nəzərdə tutur.

"Bu təkliflərin analoqu yoxdur və abonentlərə mobil rabitənin qiymətini iki dəfə endirməklə daha çox ünsiyyət yaratmaq imkanı verir.

Bu gün Azərfon texniki cəhətdən 500 min abunəçiyə xidmət göstərmək imkanına malikdir. Bu, operatorun kommersiya fəaliyyətinin başlanğıcındakı göstəricidən iki dəfə çoxdur. 2007-ci ilin sonunadək mövcud imkanlar artırılacaq və şirkət 1 milyondan çox abunəçiyə xidmət göstərə biləcək.

Şirkət müvafiq müddət ərzində həmçinin "Bakcell" şirkəti ilə imzaladığı daxili rouminqsiz Azərbaycanın 80 faizini əhatə etməyi planlaşdırır.

"Azərfon" BM Azərbaycan ərazisində GSM standartı üzrə mobil rabitə xidmətlərini göstərmək üçün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziyanı 2005-ci ilin sonunda alıb. Kommersiya fəaliyyəti ilə isə şirkət 2007-ci il martın 21-dən məşğul olmağa başlayıb. 

Xəbər lenti

Xəbər lenti