...

Azərbaycanla İran İT sahəsindəki əməkdaşlığı müzakirə ediblər

Telekommunikasiya Materials 28 İyun 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Naser Hamidi Zare ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müzakirələrin əsas mövzusu tərəflər arasında rabitə və informasiya texnologiyaları sahəsindəki əlaqələrin inkişafı olub.

Səfir qeyd edib ki, son üç ildə iki ölkənin rabitə qurumları arasında yaranan dostluq əlaqələri Azərbaycan-İran strateji əməkdaşlığında vacib rol oynayır.

Zare birgə teleradio verilişlərinin hazırlanmasının, İran prezidentinin Azərbaycana gözlənilən səfəri öncəsi poçt markalarının buraxılmasının vacibliyini önə çəkib. Görüşdə qeyd olunub ki, informasiya-kommuniyasiya məhsullarının istehsalı sahəsindəki əməkdaşlıq müsbət nətiəcələr verə bilər.

Xəbər lenti

Xəbər lenti