...

Nar Mobile "OX Mobile" xidmət mərkəzlərini istifadəyə verib

Telekommunikasiya Materials 14 Avqust 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Nar Mobile "OX Mobile" xidmət mərkəzini istifadəyə verib. Bu barədə məlumatı şirkətdən veriblər.

Nar Mobile mərkəzlərində təklif olunan mobil telefonlar "OX Mobile" zəmanət nişanları ilə təmin olunacaqlar.

Mərkəzin açılış mərasimində iştirak edən Azerfonun baş direktoru Con Armli qeyd edib ki, yeni mərkəzin köməyi ilə abunəçilərə tələb olunan bütün yüksək səviyyəli xidmətlər göstəriləcək.

Hazırda Nar Mobile mərkəzləri Bakı, Gəncə və Naxçıvanda fəaliyyət göstərir. Bu mərkəzlərdə nömrə satışı, ödəmə və digər xidmətlərlə yanaşı "OX Mobile" zəmanəti ilə telefonların satışı həyata keçiriləcək.

Azerfon BM ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Şirkətin abunəçilərinin sayı 100 mini ötür.

Xəbər lenti

Xəbər lenti