...

Azərbaycana ərəb investisiyalarının və turistlərin cəlb olunması məqsədilə SAZİŞ imzalandı (FOTO)

Turizm Materials 29 Yanvar 2018 11:44 (UTC +04:00)
Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası ilə Qətərin “Dar’ul-Arab” media qrupu arasında əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycana ərəb investisiyalarının və turistlərin cəlb olunması məqsədilə SAZİŞ imzalandı (FOTO)

Bakı. Trend:

Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası ilə Qətərin “Dar’ul-Arab” media qrupu arasında əməkdaşlıq sazişi imzalanıb.

Trend-in məlumatına görə, sazişi assosiasiyanın rəhbəri Elşən Rəhimov və media qrupunun icraçı direktoru Cabir Səlim əl-Hərami imzalayıb.

Sazişə əsasən, “Dar’ul-Arab” assosiasiyanın fəaliyyətini ərəb mətbuatında işıqlandıracaq.

Saziş çərçivəsində media qrupu həmçinin, ərəb investisiyalarının ölkəyə cəlb olunması məqsədilə Azərbaycanda turizm, sənaye, ticarət sahələrinin inkişafı barədə məlumatlar dərc etməyi öhdəsinə götürür.

Bundan başqa, Azərbaycana ərəb turistlərinin cəlb olunması məqsədilə ölkənin turizm potensialı haqqında məqalələrə diqqət ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti