...

Beynəlxalq Federasiya rəsmisi Azərbaycanda dağ turizminin inkişafı barədə

Turizm Materials 10 May 2019 17:28 (UTC +04:00)
Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır.
Beynəlxalq Federasiya rəsmisi Azərbaycanda dağ turizminin inkişafı barədə

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır.

Bunu Beynəlxalq Dağçılıq və Alpinizm Federasiyasının vitse-prezidenti Mişel Mansuel Qərbi Kaspi Universitetində baş tutan “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransdan sonra Trend-ə açıqlamasında bildirib.

O, qeyd edib ki, turizm dağ kəndləri üçün vacibdir və burada hər kəs öz kiçik turizm təsərrüfatını yaratmalıdır:

“Məsələ insanların dağ turizmindən faydalanmasında yox, onların bu işdə necə iştirak etməsindədir. Kəndlərdə kiçik turizmin inkişafına daha çox təkan vermək lazımdır. Belə olduğu halda, hər bir sahibkar bərabər şəkildə bu işdən faydalanacaq”.

M.Mansuel əlavə edib ki, azərbaycanlılar onun həmvətənlərinə bənzəyirlər:

"İrlandlar da gülümsəyən, dostsevər və salamlaşan insanlardır, bu da çox gözəl əlamətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti