...

Bu ilin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacaq - Proqnoz

Turizm Materials 4 İyun 2019 11:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, bu artımın, əsasən Çin, Asiya ölkələri və İsraildən gələcək turistlərin hesabına olacağı gözlənilir.

F.Nağıyev əlavə edib ki, Dövlət Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyi açıla bilər: "Hazırda agentliyin əməkdaşları Cənubi Koreyadadırlar. Yəgin ki yaxın zamada agentliyin Cənubi Koreyada nümayəndəliyi açılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti