...

Turizm Bürosu: Çalışırıq ki, Azərbaycan yenidən insanların ilk səyahət edəcəyi məkanlardan biri olsun

Turizm Materials 11 Mart 2020 11:29 (UTC +04:00)
Biz koronavirusla bağlı dünyada mövcud olan bu vəziyyətin tezliklə düzələcəyini düşünürük və bu baxımdan optimistik.
Turizm Bürosu: Çalışırıq ki, Azərbaycan yenidən insanların ilk səyahət edəcəyi məkanlardan biri olsun

Bakı. İlhamə Isabalayeva - Trend:

Biz koronavirusla bağlı dünyada mövcud olan bu vəziyyətin tezliklə düzələcəyini düşünürük və bu baxımdan optimistik. Hazırda çalışırıq ki, vəziyyət yenidən düzəldikdə Azərbaycan insanların ilk səyahət edəcəyi məkanlardan biri olsun.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.

Koronavirusun dünya turizminə təsirsiz keçmədiyini deyən F.Zenqstşmid qeyd edib ki, Azərbaycana gələn turistlər digər ölkələrə gedən turistlər kimi səfər edib-etməmək dilemması qarşısındadırlar.

F.Zenqstşmid əlavə edib ki, hazırda əsas məqsəd bu vəziyyətin yaratdığı iqtisadi çətinlikləri minimuma endirməkdir:

"İndi qarşıdakı plan və məqsədlərə baxmaq üçün gözəl vaxtdır ki, qarşıdan gələn çətinlikləri aşaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti