...

Bu il Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı məlum olub

Turizm Materials 23 Dekabr 2022 10:01 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib və bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 60% artım hesab olunur.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova deyib.

O növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının, bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinin nəzərdə tutulması iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti