...

Laçının turizm üçün böyük potensialı var - Pakistan səfiri

Turizm Materials 24 İyun 2023 14:17 (UTC +04:00)
Laçının turizm üçün böyük potensialı var - Pakistan səfiri
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Laçın. Trend:

Laçının turizm üçün böyük potensialı var, şəhərin gözəl təbiəti, uca dağları, yaşıllığı və bir çox digər xüsusiyyətləri uzunmüddətli perspektivdə turistləri cəlb edə bilər.

Bunu şənbə günü diplomatik korpus nümayəndələrinin Laçına səfəri zamanı Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

"İşğaldan azad olunmuş rayonlarınızın əksəriyyətini görsəm də, Laçına ilk dəfədir gəlirəm. Bu bölgənin təbiətinin gözəlliyindən, möhtəşəm landşaftından, həmçinin yüksək sürətlə davam edən yenidənqurma işlərindən həqiqətən mütəəssir oldum", - deyə səfir vurğulayıb.

O həmçinin bölgədə evlərin sürətlə tikildiyini qeyd edib.

"Yeni tikilmiş evləri gördük və uzun illər öncə buradan məcburən köçkün düşmüş insanlarla görüşdük. İndi onlar qayıdır. Biz onların üzlərində nəhayət ki doğma torpaqlarına, doğma evlərinə geri dönməyin xoşbəxtliyini görürük. Buna görə də Azərbaycan xalqına bu torpaqlarda hər şeyin ən yaxşısını arzu edirik. Pakistanlılar da tezliklə buraya gəlib bu gözəl yerləri görməkdən çox məmnun olardılar", - deyə səfir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçına gələrək burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti