...

Ötən il Şahdağ Turizm Mərkəzinə səfər edən turistlərin sayı açıqlanıb

Turizm Materials 14 Fevral 2025 14:44 (UTC +04:00)
Ötən il Şahdağ Turizm Mərkəzinə səfər edən turistlərin sayı açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il Şahdağ Turizm Mərkəzində xizəkçi və piyada qismində turistik xidmətlərdən istifadə edən qonaqların ümumi sayı 278 min 955 nəfərə olub.

Trend bu barədə Dövlət Turizm Agentliydən məlumat əldə edib.

Məlumata görə, ötən ilin yay mövsümü üzrə əyləncə xidmətlərinin sayı artaraq 36-ya çatdırılıb. Hesabat ilinin 4-cü rübündə qış mövsümü çərçivəsində yeni 2 növ fəaliyyət əlavə olunmaqla, ümumilikdə, 38 adda əyləncə xidməti qonaqların istifadəsinə verilib.

“Ümumilikdə, 3.8 km uzunluğunda olan iki xizək enişinin tikintisi yekunlaşaraq istismara verilib. Bundan əlavə, uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadəyə verilib”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti