Bakı. Trend:
2024-cü il ərzində turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların toplandığı Turizm Reyestrində təkmilləşdirmə işləri aparılıb, veb-portalın dizaynı və modulları yenilənib.
Trend bu barədə Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.
Məlumata görə, hazırda Turizm Reyestrində 134 turizm bələdçisi, 375 turoperator/turagent, 776 yerləşmə vasitəsi olmaqla, 1285 sənaye subyekti qeydiyyatdan keçib.
Təsnifat mərhələsini 8 turizm bələdçisi, 49 turoperator/turagent, 559 yerləşmə vasitəsi olmaqla, 616 sənaye subyekti tamamlayıb.