...

Güclü külək Barselona hava limanında reyslərin kütləvi gecikməsinə səbəb oldu

Turizm Materials 12 Fevral 2026 23:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Güclü külək səbəbindən Barselona Beynəlxalq Hava Limanında ən azı 101 reys təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə Aena “X” hesabında məlumat yayıb.

Bildirilib ki, daha 10 təyyarə alternativ hava limanlarına yönləndirilib.

Paylaşımda meteoroloqların hava şəraitində tədricən yaxşılaşma gözlədikləri qeyd olunub.

Kataloniya Mülki Müdafiə İdarəsi şiddətli hava şəraiti ilə əlaqədar yüzlərlə hadisənin qeydə alındığını açıqlayıb. Agentliyin məlumatına görə, 86 nəfərə tibbi yardım göstərilib, onlardan 34-ü tibb müəssisələrinə yerləşdirilib.

Qeyd edək ki, İspaniyanın dövlət meteorologiya agentliyi fevralın 12-də Kataloniyada əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti