...

"Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda konfrans keçirilib (FOTO)

Nəzər nöqtəsi Materials 30 İyun 2017 10:49 (UTC +04:00)
"Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda konfrans keçirilib.
"Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihədən bəhs edib.

Konfransda çıxış edən Beynəlxalq Jurnalistlər Federasiyasının Layihələr departamentinin rəhbəri Adrien Collin bildirib ki, layihənin icrası 2014-cü ildə nəzərdə tutulsa da, Azərbaycanda qrantlarla bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar bu il başlayıb. Layihə çərçivəsində "Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı" və "Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr" kitabçaları çap edilib.

A.Collin deyib ki, Azərbaycanda qanunvericilik yüksək səviyyədə olsa da, mətbuat sahəsində sovet irsi dəyişdirilməli, sağlam bazar iqtisadiyyatına keçilməlidir: "Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərə hər zaman kömək etməyə hazırdır. Jurnalistlərin yaxşı iş yeri olsa, onlar daha keyfiyyətli iş təqdim edəcəklər".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri M.Ələsgərli isə deyib ki, sovet dövründə olduğu kimi, bu gün də Azərbaycanda həmkarlar təşkilatlarına sanatoriyalara, kurortlara göndərişlər verən qurumlar kimi baxılır: "Əslində, həmkarlar ittifaqlarının missiyası başqadır. Layihə model həmkarlar təşkilatlarının formalaşdırılmasını nəzərdə tutur".

Daha sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun sədrliyi ilə "Azərbaycanda sosial dialoq və əmək standartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar" adlı birinci sessiya keçirilib. Ə.Amaşov beynəlxalq təcrübədə işçilərin hüquqlarının həmkarlar təşkilatları tərəfindən qorunduğunu söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlərin sosial problemlərinin həlli istiqamətində KİVDF-nin strategiyasından danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti