...

Xoşbəxt Yusifzadə: Azərbaycan xarici bazarlara yüz milyonlarla ton neft tədarük edib

Nəzər nöqtəsi Materials 22 Aprel 2019 14:36 (UTC +04:00)
Bu günədək Azərbaycan xarici bazarlara 506 milyon ton neft tədarük edib
Xoşbəxt Yusifzadə: Azərbaycan xarici bazarlara yüz milyonlarla ton neft tədarük edib

Bakı. Sara İsrafilbəyova - Trend:

Bu günədək Azərbaycan xarici bazarlara 506 milyon ton neft tədarük edib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, 383 milyon ton neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə tədarük edilib.

X.Yusifzadə əlavə edib ki, bu günədək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə 1,6 milyard kubmetr qaz ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti