...

Rauf Əliyev: Azərbaycan ən yüksək səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib

Nəzər nöqtəsi Materials 26 Aprel 2019 14:44 (UTC +04:00)
Azərbaycan bu gün Avropa və dünyanın ən yüksək səviyyəli yarışlarını qəbul edir
Rauf Əliyev: Azərbaycan ən yüksək səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib

Bakı. Trend:

Azərbaycan bu gün Avropa və dünyanın ən yüksək səviyyəli yarışlarını qəbul edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

O qeyd edib ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir:

“Mayın 16-da isə bədii gimnastika üzrə 35-ci Avropa çempionatı, ondan bir həftə sonra aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçiriləcək”.

Gimnastikaya göstərilən qayğıdan danışan deputat Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünün inkişafında rolunu xüsusi vurğulayıb:

“Qısa müddət ərzində Azərbaycan Gimnastika Federasiyası ciddi uğurlara nail ola bildi. Bunu gimnastlarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxışları da göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti