...

Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz

Nəzər nöqtəsi Materials 25 May 2019 11:57 (UTC +04:00)
Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz

Bakı. İlhamə İsabalayeva - Trend:

Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev deyib.

Onun sözlərinə görə, 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin şahidi olub:

"Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­mişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin­dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanla­rın, Samurun, Qasım İsmayılın rəisi olmuşdur və 1930-cu ilin noyabrın 28-də Gən­cədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi bura­da durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib. Amma mən bu barədə yox, mən reallıqdan, bugünkü real­lıq­dan danış­maq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illər­də, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabır­cılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvan­da yaşadı. Paytaxtı biz Hey­dər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azər­baycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabır­çılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq is­təyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi".

M.Quliyev bildirib ki, belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı: "Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Ar­tıq mən bu vəzifədən görürəm ki, on­lar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi".

DTX rəisi əlavə edib ki, Ulu öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoy­araq Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu:

"Bu gün ba­nisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azər­bay­canı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıq­da yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cürə təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezi­dentimiz İlham Əliyev cənab­ları Azərbaycana müdrüklüklə, peşəkar­lıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu ki­mi layihələr Azər­bay­cana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olun­maması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və canımızdan da lazım olsa keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti