Azərbaycan, Bakı, 26 may /Trend/
26 məşhur televiziya və radio jurnalisti şou təəssüratlarını öz ölkələrinin tamaşaçıları ilə Bakıdan canlı bölüşəcək. Bu məqsədlə "Bakı Kristal Zalı"nda xüsusi şərhçi köşkləri yaradılıb.
Trend eurovision.az saytına istinadən məlumat verir ki, burada onlar üçün şounu həm canlı, həm də xüsusi quraşdırılmış monitorlar vasitəsilə izləmək fürsəti var. Hər biri peşəkarlığı və özünəməxsus yanaşma tərzi ilə seçilən bu mütəxəssislər şounun ən diqqətli tamaşaçılarıdır. Çünki möhtəşəm şou axşamında milyonlarla televiziya izləyicisi bir çox detalları məhz onların "gözü" ilə seyr edəcək.