...

Yuri Lujkov Moskvaya işçi qüvvəsinin cəlb edilməsi ilə əlaqədar olaraq təyin olunan kvotaları azaltmağı təklif edir

Dünya xəbərləri Materials 18 Oktyabr 2007 15:07 (UTC +04:00)
Yuri Lujkov Moskvaya işçi qüvvəsinin cəlb edilməsi ilə əlaqədar olaraq təyin olunan kvotaları azaltmağı təklif edir

Moskva meri Yuri Lujkov Moskvaya işçi qüvvəsinin cəlb edilməsi ilə əlaqədar olaraq təyin olunan kvotaları azaltmağı təklif edir, İTAR-TASS-ın verdiyi məlumatda belə deyilir. "Moskvada 200 min miqrant işləməlidir, bundan artıq yox" - deyə Moskvanın meri paytaxtın Daxili İşlər üzrə Baş İdarəsində keçirilən konfransda bildirib. Lujkovun sözlərinə görə, miqrasiyanın hazırda mövcud olan xəbərdarlıq sistemi, sadəcə olaraq, işləmir. "Mən RF-nin baş naziri Viktor Zubkovla Moskvanın miqrasiya sisteminin dəyişdirilməsi ilə bağlı razılığa gəlmişəm. Hesab edirəm ki, bu sistem münasib bir sistem olmalıdır" - deyə mer qeyd edib.

Şəhər buraya işləməyə gələn miqrantların sayını özü müəyyənləşdirməlidir" - deyə Lujkov əlavə edib.

Onun sözlərinə görə, şəhərdə baş verən cinayətlərin 40%-ini miqrantlar törədilir. "Bu kimi məsələləri həll edəcəyimiz təqdirdə, şəhərdə cinayətin səviyyəsini azaltmağa nail ola biləcəyik" - deyə mer hesab edir.

Mer, həmçinin, qeyd edib ki, "şəhərin 1,5 mln. nəfər miqranta ehtiyacı olması barədə gəzən söhbətlərin əsası yoxdur".

"Hazırda şəhərdə 800 min nəfər miqrant qeydə alınıb ki, bu da həddən artıq çoxdur" - deyə Lujkov qeyd edib.

Xəbər lenti

Xəbər lenti