...

Baş nazir: "Gürcüstanın dünya ictimaiyyətinə çatdırmaq istədiyi fikir – Avropanı seçməsidir"

Dünya xəbərləri Materials 5 Dekabr 2007 13:23 (UTC +04:00)
Baş nazir: "Gürcüstanın dünya ictimaiyyətinə çatdırmaq istədiyi fikir – Avropanı seçməsidir"

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın dünya ictimaiyyətinə çatdırmaq istədiyi fikir - Avropanı seçməsidir. Bu barədə bu gün jurnalistlərə NATO və Aİ-də görüşlər keçirmək üçün Brüsselə gələn Gürcüstanın baş naziri Lado Qurqenidze bildirib.

"Gürcüstan sürətlə inkişaf edir və bu istiqamətdə inamla irəliləyir. Mənim fikrimcə, heç kim bu istiqaməti dəyişdirmək iqtidarında deyil, birinci növbədə Gürcüstanda mövcud olan bədxahlar" - deyə o qeyd edib.

Qurqenidze bildirib ki, hökumət bütün vəzifə və məqsədləri dərk edir. "Biz bu məqsədə doğru sürətlə addımlayırıq və biz bilirik nə edirik və nə arzulayırıq - Avropa" - deyə baş nazir bildirib.

Xəbər lenti

Xəbər lenti