...

ABŞ -ın Ermənistandakı səfiri postuna namizəd "erməni soyqırımı" ifadəsini işlətmədi

Dünya xəbərləri Materials 12 İyul 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul / Trend , müxbir S.İlhamqızı/ ABŞ -ın Ermənistana yeni səfirliyinə namizəd Mariya Yovanoviç (Marie Yovanovitch) ölkə prezidentliyinə namizəd Barak Obamanın yazılı suallarını cavablandırarkən, 1915 - ci il Osmanlı İmperiyasında baş vermiş hadisələri "soyqırımı" adlandırmayıb. Bu barədə şənbə günü CNN - türk saytı məlumat yayıb.

Senatın xarici işlər Komitəsində təsdiqlənməsi prosesi davam edən Yovanoviç Komitə üzvü Obamanın 4 yazılı sualını yazılı şəkildə cavablandırıb.

Komitə üzvü Obamanın ""erməni soyqırımı"nı əhatə edən hadisələri necə xarakterizə edirsiniz?" sualına Yovanoviç bildirib ki, ABŞ Osmanlı İmperiyasında baş vermiş "kütləvi qətllər, etnik təmizləmələr və məcburi köçü" qəbul edir. Lakin o, Obamanın və ermənilərin gözlədiyi "soyqırım" ifadəsini işlətməyib.

Xanım namizəd bildirib ki, 1915 - ci il hadisələrinin qurbanlarının xatirəsini anmaq üçün İrəvanda təşkil olunan rəsmi mərasimlərə qatılacaq, həmçinin, türk və erməni xalqları, hökumətləri arasında qarşılıqlı anlaşma əldə olunmasına çalışacaq. Yovanoviç, həmçinin, deyib ki, Türkiyə arxivlərindəki əməkdaşların ABŞ - da tarixi araşdırmaların aparılması qaydasını izləmək üçün dəvət edilməsinə dair proqram üzərində işləyirlər: "Biz Ermənistanın arxiv işçilərilə də əlaqə saxlayırıq. Sonda hər iki ölkədən olan arxiv işçilərinin birlikdə ortaq bir proqram üzərində çalışacaqlarına ümid edirik" - deyə Yovanoviç bildirib.

ABŞ -ın Ermənstandakı səfiri postu 2006 -cı ildən boşdur. Sonuncu səfir Con Uvans (John Evans) 1915 - ci il hadisələrini "soyqırım" adlandırdığı üçün, dərhal vəzifəsindən azad edilmişdi.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti