Dünya ictimaiyyətində Gürcüstan-Cənubi Osetiya münaqişə zonasında baş verənlər barədə düzgün fikir mövcuddur, - Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib.
"Paytaxt şəhərlərdə baş verən hadisələr düzgün başa düşülür, lakin bu, rəsmi çıxışlarda tez-tez öz əksini tapmır", - Rusiyanın XİN rəhbəri Lavrov çərşənbə günü Moskvada brifinqdə bildirib.
Lavrov həmçinin vurğulayıb ki, "bütün sağlam düşüncəli insanlar hadisələrin bu şəkildə inkişaf etməsini alqışlayırlar".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]