...

Latviyanın Baş naziri real atəşkəsə çağırıb

Dünya xəbərləri Materials 13 Avqust 2008 19:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 avqust/ Trend t, müxbir N.Kirtsxaliya/ Latviyanın Baş naziri İvar Qodmanis hesab edir ki, Gürcüstanda böhranın tənzimlənməsi üzrə danışıqlarda çıxış nöqtəsi, Gürcüstanın ərazi bütövlüyü olmalıdır. Bu barədə o, Litva, Gürcüstan və Estoniya prezidentlərinin birgə brifinqində deyib.

"Aİ-də Gürcüstandakı vəziyyət üzrə vahid mövqeyi işləmək və bu mərhələdə real atəşkəsə nail olmaq lazımdır", - o hesab edir.

"İşlərin real vəziyətini təmin edən mexanizm lazımdır və bu işdə Aİ fəal olmalıdır, belə ki, o, yerlərdə nə baş verdiyini bilməlidir. Hazırda bu şəraitdə işgəncə və zorakılığa məruz qalan insanları xilas etmək lazmdır", - Qodmanis qeyd edib.

"Biz nazirlərimizi Aİ-də keçiirləcək görüşdə, hazırda mövcud olan reallıqdan çıxış edərək, qərar qəbul etməyə çağırırıq", - Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti