...

Gürcüstanın Dövlət naziri Rusiya sülməramlılarının komandanından soyğunçuluq faktlarının qarşısının alınmasını tələb edib

Dünya xəbərləri Materials 13 Avqust 2008 19:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət naziri Temur Yakobaşvili sülməramlı qüvvələrin komandanı Marat Quləhmədovdan işğal olunmuş ərazilərdə soyğunçuluq faktlarının qarşısının alınmasını tələb edib.

"Əsas məsələ yerli əhali üçün təhlükəsizliyə zəmanətin yaradılmasıdır",- nazir qeyd edib.

Onun sözlərinə görə, hazırkı mərhələdə başlıca vəzifə humanitar dəhlizin açılmasıdır.

Əməli məsələlərin həll edilməsi üçün dövlət nazirinin müavini Yelena Tevdoradze Qoriyə gedib.

Tevdoradze insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti